Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Ermənilərin tətbiq etdikləri qeyri-insani davranışlarının analogiyası yoxdur” – RƏY

“Ermənilərin tətbiq etdikləri qeyri-insani davranışlarının analogiyası yoxdur. Tarixən müharibədə tərəflərdən biri digərini məğlub etməyə çalışır. Amma heç vaxt belə hallara rast gəlinməyib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev deyib.

O bildirib ki, əvvəlki illərdə də ermənilərin oxşar addımlarına rast gəlinib:

“Vaxtı ilə Tovuz rayonun Əlibəyli kəndinə gələn uşaqlar çaydan oyuncağabənzər əşyalar tapıb evə gətiriblər. Daha sonra evdə faciəvi hadisə baş verib. Həmçinin Tərtərçayda uşağın içində sursat gizlədilmiş qələm tapması və onunla oynayarkən partlaması da bizə yaxşı məlumdur. Həmin uşaq partlayış nəticəsində bir qolunu itirmişdi. Belə hadisələr müharibənin ən acınacaqlı tərəfidir”.

U.Mirzəyevin sözlərinə görə, belə addımlar ciddi qınaqla qarşılanmalıdır:

“Belə işlər bəşəri cinayətdir. Separatçılar gələcəklərinin olmadıqlarını başa düşür, sonlarının gəldiyini hiss edirlər. Ona görə bu cür addımlarla zaman qazanmağa çalışırlar. Ermənilər bu cür qeyri-insani hərəkətlərlə həm də bizi təxribata çəkməyə cəhd edirlər. Düşünürəm ki, ermənilərin bu addımlarının adı rəzillikdir”.

O vurğulayıb ki, Qərb bu məsələyə də etinasız yanaşa bilər:

“Beynəlxalq ictimaiyyət 30 il ərzində ermənilərin vandallıqlarını görməzliyə vurublar. Rəsmi İrəvana, demək olar ciddi təzyiq göstərilməyib. Odur ki, biz özümüz məsələni qabartmalı, beynəlxalq ictimaiyyətin diqqətini çəkməliyik. Ümumiyyətlə müasir dünyanın nizamı ədalətlə yox, maraqlarla idarə olunur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Nazirlik bunu terror aktı kimi qiymətləndirib və bildirib ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …