Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Onnik Krikoryan: “Erməni əhalinin reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”

“Erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial şəbəkəsində yazıb.

“Daha əvvəl imtina etmələrinə baxmayaraq, ötən gün Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə görüşüblər. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur və onlara uğurlar arzulayıram”, – o qeyd edib.

Onun sözlərinə görə, görünən odur ki, xarici ekspertlər hələ də özlərinin tam fiaskoya uğradıqlarını etiraf etməkdən və 2020-ci ildə aydınlaşan, nəhayət, 2023-cü ildə daha da möhkəmlənən reallıqla barışmaqdan imtina edirlər: “Bu kənar müdaxiləyə son qoymaq məqsədilə addımlar atmağın vaxtı çatıb”.

Check Also

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik …