Cümə , 22 Noyabr 2024
Drone Cameras

DİN: “Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır”

“Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır”.

Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir: “Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata keçirilir. Dünən də bir neçə rayonda, körpülərdə, su hövzələrində və insanların hərəkət edə biləcəyi ehtimal olunan yerlərdə mina təhlükəsinin olduğu müəyyənləşib”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …