Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib.
Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin feysbuk səhifəsində paylaşım edilib.
“Oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə edilən terror hücumunu qətiyyətlə pisləyir, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarına şəfa diləyir, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından qardaş Türkiyəyə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Pakistanın Mastunq və Hanqu bölgələrində törədilən terror aktlarının səbəb olduğu çoxlu sayda insan tələfatına görə dərindən kədərləndiyimizi və Pakistan xalqı ilə həmrəy olduğumuzu bildirir, həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirik”, – paylaşımda qeyd olunub.