Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Putin Vardanyana görə Azərbaycan Prezidentinə zəng edibmiş: “Amma o, Rusiya vətəndaşlığından imtina edib”

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin Qarabağın keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.

Qeyd edək ki, Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Check Also

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX-nin təcridxanasında erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov …