Cümə , 10 May 2024
Drone Cameras

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirib

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.

Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …