Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yurduna qayıdan Füzuli sakini: “35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”

“Sevinə-sevinə gedirik öz torpağımıza. 35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”.

Bunu “Report”a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəşid Abbasov deyib.

Füzuli sakini Azərbaycan Prezidenti İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib:

“Öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımızın rəhbərliyi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu, bizə də bu günləri görmək nəsib oldu”.

Xatırladaq ki, bu gün Füzuli şəhərinə 21 ailə (88 nəfər) yola salınıb. Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …