Şənbə , 28 Mart 2026
Drone Cameras

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Hacıqabul rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlayıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Eyni zamanda polis əməkdaşları avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edərək götürüb.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …