Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bunun alternativi yoxdur və bizim toponimlərimizin əvvəlki adı qaytarılmalıdır. Bu, sosial sifariş və o torpaqlarda yaşayan vətəndaşlarımızın insani hüququdur.
Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə bildirib.
“Əsas vəzifəmiz tarixi izlərin bərpasıdır”, – deyən Ə.Ələkbərli Qayıdış Konsepsiyasının 5 bənd və 10 yarımbənddən ibarət olduğunu diqqətə çatdırıb.
İcma sədri bu konsepsiyanın həyata keçirilməsində birliyin, həmrəyliyin əhəmiyyətini vurğulayıb.