Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda iş adamını qətlə yetirən şəxs saxlanıldı – SON DƏQİQƏ

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Ruhulla oğlu Abdullayevin “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev saxlanılıb.

O, polisə gələrək təslim olub. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Qeyd edək ki, Cavanşir Ruhulla oğlu Abdullayev iş adam olub. Onun tikinti materialları magazası, və “OBA” marketinə icarəyə verdiyi obyekti olub. 

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …