Bazar , 22 Noyabr 2026
Drone Cameras

İsrail Prezidenti: “Düşmən bizi sarsıtmağa çalışır, amma buna imkan verməyəcəyik”

“Düşmən bizi psixoloji cəhətdən sarsıtmağa çalışır, amma buna imkan verməyəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq xalqa müraciətində deyib.

O, xalqı həmrəy olmağa çağırıb: “Düşmən bizim milli ruhumuza zərbə vurmağa çalışır. Biz onların uğur qazanmasına imkan verməyəcəyik. Sadəcə onlara təslim olmayacağıq, ruhumuz məğlub ola bilməz”.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …