Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kim deyir ki, NARIN üstünə DUZ töküb yemək olmaz? – Görün hansı xəstəliyə dərmandı

Narın bitib tükənməyən faydaları…

Hazırda mövsümün ən vazkeçilməz meyvələrindən biri olan nar şəfa qaynağıdır. Narın meyvələri qədər suyu, tumları, qabığı, içərisindəki ağ pərdələri, yarpağı, çiçəyi, nar ağacının kökü  və yağı da sağlamlığa çox faydalıdır. Nar immun sistemini gücləndirdiyi kimi, bir çox xəstəliklərə qarşı qoruyucu təsiri də var. Alternativ tibdə təbii oksidant olaraq istifadə edilən nar Osmanlı Sarayında dəriyə qulluq vasitəsi kimi tez-tez istifadə edilərmiş.

Narın tərkibində K və B vitamininin bütün növləri, həmçinin omega-3 yağ turşuları, dəmir, maqnezium, fosfor, kalium, folat, manqan, selenium və sink kimi minerallar var.

TurpKimi.com narın sağlamlığa müsbət təsirlərini sadalayır:

– Qandakı oksidləşmənin qarşısını alan nar qan yaradan hüceyrələri artıraraq ürək və damarları qoruyur, qan azlığının qarşısını alır;

– Qandakı tombosit hüceyrələrini yeniləyən nar şişkinlik kimi narahatlıqları aradan qaldıraraq revmatizma və oynaq ağrılarını aparır. Bəzən yaşlı insanlarda olan əzələ ağrılarının qarşısını alır;

– Qrip və öskürək kimi infeksiyalı xəstəliklərdə nar çiçəyi nəfəs yollarını açır;

– Nar suyu antioksidant təsiri ilə beyin hüceyrələrini qoruyur, hüceyrələrin quruluğunu pozan sərbəst radikallara qarşı orqanizmin müdafiəsini gücləndirir;

– Orqanizmdə yaranan yaralara gözəl təsir edir, xüsusilə də iltihabın yaranmasını aşağı salır;

– Təzyiqi nizamda saxladığı üçün qanazlığı ilə bağlı yarana biləcək ürəkgetmələrin qarşısını alır.

– Aparılan araşdırmalar nar suyunun bütün toksinləri sidik yolu ilə təmizlədiyi təsbit edilib.

– Nar dənələrinin üzərinə duz töküb yedikdə isə damar tıxanıqlığı riskini 70 faiz azaltmış olarsınız.

– Mütəxəssislər narın qabıqlarından əldə edilən su ilə dəri silindikdə tonik təsirinə səbəb olduğu vurğulanır. Ölmüş dərini yeniləyərək qara nöqtə və civzələrin yaranmasını azaltdığı bildirilir.

Davamlı NAR SUYU içdikdə nə baş verir?

– Güclü antioksidant olduğu üçün xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

– Xüsusilə də qış aylarında artan virusların orqanizmə təsirini azaldır.

– Mədə-bağırsağı təmizləyərək qurdları və qida qalıqlarını orqanizmdən kənarlaşdırır.

– İnkişaf dövründə olan uşaqlarda və hamilə qadınlarda dəyişən hormon hüceyrələrin sağlam inkişafını dəstəkləyir.

– Bədəndəki yağları sürətlə yandıraraq sidik yolu ilə bədəndən xaric edilməsinə kömək edir. Davamlı yeyildikdə arıqladır.

– Böyrək və sidik kisəsində daşın yaranmasının qarşısını alır.

– Uşaqlarda olan iştahsızlıq problemini həll edir.

– Təbii kosmetik vasitə olaraq istifadə edilir, dəri hüceyrələrini yeniləyir. Ətrafdakı zərərli faktorların dəriyə təsirini azaldır.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …