Şənbə , 18 May 2024
Drone Cameras

Zəfər Yollarında . Azərbaycan Ukrayna

Oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqilliyin Bərpası Gününü qeyd etdi. 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Qanunun qəbul edilməsi rəmzi məna daşıyır. Ukrayna da 1991-ci ildə analoji taleyüklü addım atmışdı.

Yeni yaranmış gənc dövlətlərin qarşısında oxşar çətinliklər və mürəkkəb vəzifələr dururdu: ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, ciddi siyasi və siyasi-iqtisadi problemləri həll etmək, beynəlxalq ictimaiyyətlə siyasi və iqtisadi inteqrasiya proseslərinə başlamaq və inkişaf etdirmək, düşünülmüş daxili və xarici siyasə…

Azərbaycan prezidenti İlham Əliyev mətbuat konfransında jurnalistin Ukraynaya hansı məsləhətləri verəcəyi ilə bağlı sualını cavablandırarkən, “Ukrayna üçün ən vacib olan torpaqlarının işğalına göz yummamasıdır” deyib. Bu sözlər Ukrayna üçün çətin və ağır bir dövrdə laqeydliyin, dəstəyin və kömək əlini uzatmağa hazırlığın göstəricisidir.

Beləliklə, dramatik hadisələr və qarşısıalınmaz azadlıq və müstəqillik arzusu baxımından oxşar olan Azərbaycan və Ukrayna dövlətlərinin yolları bir-birinə bağlıdır. İki dövlətin yaranma və mübarizə tarixindən alınacaq dərslər çox dəyərlidir. Ukraynalıların və azərbaycanlıların müstəqillik mübarizəsində qarşılıqlı dəstək əvəzsizdir!

Volodymyr Babayev, O.N. Beketov adına Xarkov Milli Şəhər İqtisadiyyat Universitetinin rektoru

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …