Cümə , 3 Aprel 2026
Drone Cameras

“Lufthansa”nın kapitanı Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

“Lufthansa” aviaşirkətinə məxsus Münxen – Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …