Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Almaniyadakı futbol matçında 32 nəfər iğtişaşlara görə xəsarət alıb

“Sankt-Pauli” və “Hannover 96” komandaları arasında Hamburqda keçirilmiş Almaniya II Bundesliqasının XIII tur oyununda iğtişaşlar baş verib.

Boyukmillet.com xəbər verir ki, nəticədə 32 nəfər xəsarət alıb.

Onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. İğtişaşlar “Hannover 96” azarkeşləri üçün ayrılmış sektorda başlayıb. Bu, qonaq fanatlarla təhlükəsizlik əməkdaşları arasında toqquşmaya çevrilib. Matç bir neçə dəqiqəlik dayansa da, sonradan bərpa olunub.

Qarşılaşmadan sonra tərəfdarlar Hamburq küçələrində polisə hücum ediblər. Hadisələrlə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …