“Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
“Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələri Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini istismar edir, orada müharibə şəraiti yaradır. Fransa aktiv şəkildə afrikalıların başqa ölkələrə satılması istiqamətində çalışırdı. Mən Fransanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı faktlar göstərmişdim”, – müraciətdə vurğulanıb.