Bazar , 8 Fevral 2026
Drone Cameras

Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri həyata keçirib.

“Report”un qərb bürosu xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq “KAMAZ” markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb.

Faktla bağlı 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …