Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-ın girov götürdüyü şəxslərin fotoları yerləşdirilib

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-İsrail müharibəsi nəticəsində girov götürülən israillilərin fotolarını yerləşdirib.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky “X” hesabında yazıb.

“Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır”, – diplomat bildirib.

Qeyd edək ki, HƏMAS-ın girov götürdüyü şəxslərdən azad edilənlər olduqda səfirlik onların fotolarını divardan yığışdırmır, üzərilərinə azad edilmələri barədə məlumatları əlavə edir.

Check Also

Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı …