Çərşənbə , 4 Mart 2026
Drone Cameras

İcma: “Fransanın ardınca Aİ-nin Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”

“Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bildirilib ki, Avropa İttifaqının (Aİ) “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb.

“Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.

Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır”, – bəyanatda vurğulanıb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …