Bazar , 15 Noyabr 2026
Drone Cameras

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Boyukmillet.com xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,500 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır.

Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …