Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Vasile Soare: “Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”

“Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”.

Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib.

Səfir, həmçinin biıdirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində birgə uğurla çalışırlar.

“Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq mövcuddur. 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqaviləsi həyata keçirilir. Eləcə də Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Ruminiyaya mayeləşdirilmiş təbii qazın nəqli layihəsi mövcuddur”.

Diplomat daha sonra vurğulayıb ki, Rumıniya ilə Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdırlar.

V.Soare əlavə edib ki, 2022-2023-cü illərdə Bakı və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib.

Check Also

Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib

Tacikistan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu Tacikistanın sənaye və yeni …