Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan millisinin baş məşqçisi: “Tarixi gün idi”

“Tarixi gün idi”.

Boyukmillet.com xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Kipr yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.

36 yaşlı mütəxəssis qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri və hamını təbrik edib: “Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …