Cümə , 22 Noyabr 2024
Drone Cameras

İrəvan və Moskva Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər

İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu məqsədlə Rusiya tərəfinə rəsmi müraciət edib: “Telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi məsələsi üzrə məsləhətləşmələr dekabrın ortalarında planlaşdırılır”.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Teleradio Komissiyası Rusiya televiziya kanallarının respublika ərazisində yayımı haqqında sazişin müddəalarının pozulması faktını aşkarlamışdı.

Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Rusiya telekanalları Ermənistanın daxili işlərinə qarışırdı.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …