Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

Onlar (erməni icmasının nümayəndələri – red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə, onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və digər yaşayış üçün şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, – deyə dövlətimizin başçısı əlavə edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …