Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır.

Boyukmillet.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.

Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …