Cümə , 22 Noyabr 2024
Drone Cameras

YAP-ın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olacaq – RƏSMİ

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

Boyukmillet.com xəbər verir ki, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək.

Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: “2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə nazmizədliyin irəli sürülməsi səlahiyyəti idarə heyətinə verilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …