Xətai Sənət Mərkəzində dekabrın 23-də “Hər çiçəyin öz ətri” adlı uşaq və yeniyetmələrin rəsm sərgisi keçiriləcək.
Mərkəzdən “Report”a verilən məlumata görə, “Multikulturalizm ili”nə həsr olunan sərgidə Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilən rəsmlər nümayiş etdiriləcək.
Sərgi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Sərgidə, həmçinin ölkədəki azsaylı xalqların milli geyimləri nümayiş olunacaq.