Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Gəncə Avtomobil Zavodu və Siyasi Psixologiya Mərkəzi saziş imzalayıb

“Gəncə Avtomobil Zavodu” İB və “Azərbaycan siyasi psixologiya Mərkəzi” müəssisədə əmək məhsuldarlığının artırılması məqsədilə əməkdaşların fərdi potensiallarının inkişaf etdirilməsi üzrə treninqlərin keçirilməsi barədə saziş imzalayıb.

Trend-in məlumatına görə, “Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının rəhbəri Xanlar Fətiyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış Strateji yol xəritəsinə müvafiq olaraq iqtisadiyyatın yeni modelinə keçid şəraitində təkcə istehsalat prosesini yox, həm də “insan kapitalını” inkişaf etdirmək lazımdır.

X.Fətiyev deyib: “Strateji sənəddə qeyd olunur ki, “İnsan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur”.

Yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün müəssisənin işçiləri üçün onların peşəkarlığının artırılmasına yönəlmiş treninqlər təşkil olunacaq. Bu strateji əhəmiyyətli məsələ siyasi psixologiya mərkəzi ilə birgə həyata keçiriləcək. Bu mərkəz Azərbaycanın siyasi əlaqələrinin dünyada “yumşaq güc” yolu ilə inkişaf etdirməsi ilə yanaşı, testlər, treninqlər, psixoloji menecmentlər vasitəsilə insan potensialının inkişafının yeni üsullarını həyata keçirir.

Check Also

Putin: “Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır”

Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir