Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ordubad rayonunun Dırnıs kəndindəki “Allahşükür məscidi”nə şəhadətnamə verilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak ediblər.

Boyukmille.com nuhçıxan-istinadən xəbər verir ki, məscidə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini icmaların dövlət qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi verilib. Sənəd Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.

Məscid “Allahşükür məscidi” dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək. Naxçıvan Muxtar Respublikasının Tarix və mədəniyyət abidələrinin reyestrində 4/308 saylı qeydiyyat kartında istifadədə olan və ölkə miqyasında mühafizə olunan memarlıq abidəsi kimi göstərilən məscidin memarlıq kompozisiyası, qısa təsviri əksini tapır. Göstərilir ki, Ordubad rayonunun Dırnıs kəndinin gözəl mənzərəyə malik hündür ərazisində yerləşən məscid zal, zalın arxa tərəfində minarə, sağ, sol və arxa tərəflərdə köməkçı otaqlardan ibarətdir. 15×14 metr ölçülərdə olan məscid binasının 19,6 metr hündürlüyündə və diametri 2 metr olan dəmir-beton minarəsi var. Məscidin ərazisinin hündür konusvarı təpəlik olması onun bədii görkəminə bir monumentallıq gətirir.

Məscidin layihələndirilməsi zamanı əsasən milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın qərb fasadında milli memarlığımızın vacib elementi olan baş portal yerləşdirilib və portal Möminə xatın türbəsinin özünəməxsus memarlıq tağı və ornamentləri ilə bəzədilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …