Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib

Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib.

Boyukmillet.com xəbər verir ki, açılış tədbirində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli əlamətdar tədbir münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, şəhid və qazi ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvanda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onlar mənzil, minik avtomobilləri ilə təmin edilir, sağlamlıqları qorunur, müalicələri təşkil olunur. Muxtar respublikanın aid dövlət qurumlarında şəhid və qazi ailələri ilə bağlı məsələlərlə məşğul olan ayrıca şöbələr yaradılıb və çevik prosedur qaydası müəyyən edilib.

S.Seyidəhmədli deyib ki, Naxçıvan Qaziləri İctimai Birliyinin ofisinin açılması da bu sahədə fəaliyyətin daha səmərəli təşkilini təmin edəcək. İctimai birliklə sıx əməkdaşlıq müvafiq dövlət qurumlarının bu sahədəki fəaliyyətini daha da gücləndirəcək.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin görülməsini minnətdarlıqla qarşılayıb, Naxçıvan Qaziləri İctimai Birliyinin ofisinin istifadəyə verilməsini də bu işlərin davamı kimi yüksək qiymətləndiriblər.

Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov birliyin fəaliyyət istiqaməti barədə danışaraq bildirib ki, məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdir, mənəvi dayaq durmaqdır.
Birliyin sədr müavini Əli Əlisoy açılış mərasimində iştirak edənlərə təşəkkür edib. Onun təqdim etdiyi kompozisiya alqışlarla qarşılanıb.

Sonra Naxçıvan Qaziləri İctimai Birliyi ofisinin açılışı olub.

Baxış zamanı məlumat verilib ki, ofisdə qəhrəman şəhidlərimizin fotolarından ibarət muzey də yaradılıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …