Bazar , 22 Noyabr 2026
Drone Cameras

Zahid Oruc rəsmən MSK-ya müraciət edib

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.

Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcəkdir.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …