Şənbə , 21 Fevral 2026
Drone Cameras

Bu il Naxçıvana 416 minə yaxın turist səfər edib

“2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib”.

Bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov deyib.

O bildirib ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. (Report)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …