Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq

Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv ölkələr ümumi miqrasiya siyasətinin islahatına dair siyasi razılıq əldə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

“Avropa dəyərlərimizə əsaslanaraq sığınacaq axtaranları, xarici sərhədlərimizi daha yaxşı qorumaq üçün miqrasiya və sığınacaq siyasəti üzrə hərtərəfli paket üzərində razılaşdıq”, – o bildirib.

Qeyd edilib ki, “Miqrasiya və Sığınacaq Paktı” adlanan islahatlar toplusu rəsmi təsdiq prosesindən keçməlidir. Bu, xarici sərhədlərdə nəzarəti gücləndirmək, sığınacaq müraciətlərinə baxılmasını sürətləndirmək və s. barədə bir sıra yeni qaydaları özündə ehtiva edir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …