İntensiv qarla əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib.
Boyukmillet.com-un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Intensiv qar və buz bağlaması ilə əlaqədar Xaşuri – Axaltsixe – Vale (Türkiyə ilə sərhəd – red.) və Axaltsixe – Ninotsminda (Ermənistanla sərhəd – red.) beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda deyilir.
Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox sərnişin olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə hərəkətinə icazə verilib.