Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

Qeyd olunub ki, bu, 2023-cü ildə sonuncu yardım paketidir.

Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, reaktiv yaylım atəş sistemi üçün döyüş sursatları, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …