Şənbə , 14 Mart 2026
Drone Cameras

Serbiya Çin və Rusiya ilə münasibətlərini qoruyaraq Avropaya doğru irəliləməyi planlaşdırır

“Serbiya Çin və Rusiya ilə ənənəvi dostluq münasibətlərini qoruyaraq Avropa İttifaqına doğru yolunu davam etdirəcək və heç bir üçüncü tərəfi qane etmək üçün sanksiyalar tətbiq etmək fikrində deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya öz qərarlarını müstəqil qəbul edəcək azad və müstəqil dövlət olaraq qalacaq:

“Avropada Serbiyanı bu yoldan çıxaranların çox olmasına baxmayaraq, ölkə Aİ yolunu davam etdirəcək”.

Prezident qeyd edib ki, Serbiya sanksiya tətbiq etməyəcək, başqalarının xoşuna gəlmək üçün bəyanatlar verməyəcək, öz maraqlarından çıxış edəcək.

Check Also

İran Hindistana gedən iki tankerin Hörmüz boğazından keçməsinə icazə verib

Yaxın Şərqdəki eskalasiya fonunda Hindistana yollanan maye qaz daşıyan tanker Hörmüz boğazını keçib. Boyukmkllet.com xəbər verir …