Şənbə , 14 Mart 2026
Drone Cameras

Qırmızı dənizdə “Maersk” şirkətinin konteyner gəmisi raketlə vurulub

Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə dəyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Sinqapur bayrağı altında üzən gəmi yardım istəyib, bundan sonra “Gravely” və “Laboon” esminesləri ona doğru hərəkət edib.

Komandanlıq bildirib ki, “Gravely” esminesi gəmiyə gedərkən Yəmənin husi üsyançılarının nəzarəti altında olan ərazilərdən atılan iki gəmi əleyhinə raketi vurub.

Vurğulanıb ki, raketin gəmiyə dəyməsi nəticəsində xəsarət alan olmayıb, gəmi hərəkətinə davam edib. Dəymiş ziyanın miqdarı barədə məlumat verilmir.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …