Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

BMT şəhərlərə hücum etməməyə çağırıb

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

Bu barədə Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir.

“Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, – deyə o bildirib.

Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur: “Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …