Bazar , 22 Noyabr 2026
Drone Cameras

Azərbaycan İrana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …