Bazar , 2 İyun 2024
Drone Cameras

Azərbaycan cüdo millisinin Qran-pri turnirinə qatılacaq heyəti müəyyənləşib

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri turnirinə qatılacaq heyəti müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində baş tutacaq yarışda 6 idmançı mübarizə aparacaq.

Yığmanın heyətində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) yer alıblar.

Qeyd edək ki, Qran-pri turnirinin qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.

Check Also

Azərbaycan boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Boyukmillet.com xəbər verir ki, 63,5 kq …