Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya Ukrayna ərazisinə raket hücumu edib

Rusiya Ukrayna ərazisinə raket hücumu edib.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hava Donanması məlumat yayıb.

Bildirilib ki, Rusiya Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitçin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini tutub.

Check Also

Türkiyə ordusu Suriyada 5 PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin …