Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Moskvada 30 dərəcə şaxta ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edilib

Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin sinoptikləri yanvarın 13-ü, şənbə günü gecə və səhər gözlənilən şiddətli şaxta ilə əlaqədar Moskvada “narıncı” təhlükə səviyyəsini açıqlayıblar.

Boyukmillet.com “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Xəbərdarlıq şənbə günü, gecə və səhər saatları daxil olmaqla, Moskva vaxtı ilə saat 14:00-dək (Bakı vaxtı ilə saat 15:00) qədər qüvvədə olacaq.

“Narıncı” xəbərdarlıq səviyyəsi hava xəbərdarlığı şkalası üzrə sondan əvvəlki səviyyədir, təbii fəlakətlər və ziyan potensialı olan təhlükəli hava şəraitini simvollaşdırır.

Paytaxtın şəhər xidmətləri kompleksi vətəndaşlardan şaxtalı dövrdə çöldə keçirdikləri vaxtı azaltmağı xahiş edib.

Check Also

Tehrandan ABŞ-a sərt xəbərdarlıq – “Hörmüz xəyalını əbədi olaraq dəfn edin!”

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü Zülfüqari ABŞ-ın Hörmüz boğazını beynəlxalq nəzarətə vermək …