Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan qılıncoynadanları Tunisdəki Qran-pridə çıxışlarını başa vurublar

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisi Tunisdə keçirilən Qran-pri turnirində çıxışını başa vurub.

Boyukmillet.com xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta şəxsi yarışdakı ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub edib.

Təcrübəli idmançı ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa (14:15) uduzub.

Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü “64-lüy”ə yüksələn Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya qılıncoynadanı Rossella Qreqorioya 15:14 hesabı ilə qalib gəlib. O, növbəti görüşdə əsas mərhələdə milli komandamızın digər üzvü Palina Kaspiaroviçi mübarizədən kənarlaşdıran fransalı Sara Noutça yenilib – 11:15.

Sevil Bünyatova, Zərifə Hüseynova və Valeriya Bolşakova isə mübarizəni təsnifat mərhələsində dayandırıblar.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …