Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mikayıl Cabbarov: “Azərbaycanda sənaye zonalarına 471 milyon manat investisiya yatırılacaq”

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü ildə rezidentlik verdiyi 26 sahibkarlıq subyekti Azərbaycanda sənaye zonalarına və məhəllərinə 471 milyon manat investisiya yatıracaq.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

“Rezidentlər tərəfindən 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – M. Cabbarov qeyd edib.

Check Also

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb

Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Boyukmillet.com xəbər verir …