Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək.
Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.