Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb.

Boyukmillet.com xəbər verir ki, sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb.

Qeyd edək ki, imzalanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh Əl-Cuteyli də iştirak edib.

V.Süleymanov Səudiyyə Ərəbistanına Azərbaycanda minatəmizləmə fəaliyyətinə verdiyi töhfəyə görə təşəkkür edib.

Tərəflər həmçinin mina təhlükəsi ilə mübarizəyə dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qonaqlar mina maketlərinin və digər partlayıcı sursat nümunələrinin təqdim olunduğu sərgi ilə də tanış olublar.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …