Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə müxtəlif manevrlər icra ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər.

Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə – Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, Fransa, İran, Kamerun, Şimali Kipr, Koreya, Liviya, Malayziya, Meksika, Niger, Pakistan, Polşa, Rusiya, Serbiya, Sudan, Tunus və Yəməndən olan şəxsi heyət və hərbi attaşelər iştirak ediblər.

Təlimlərə 17 min şəxsi heyətlə yanaşı, 110 suüstü gəmi, 7 sualtı qayıq, 27 təyyarə, 22 helikopter və 22 pilotsuz uçuş aparatı qatılıb.

https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1746901176681963863%7Ctwgr%5E33d75090351fed2f182eb1d5feabbc4dd0dd13e4%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fherbi-xeberler%2Fazerbaycan-deniz-komandolari-beynelxalq-telimde-muxtelif-manevrler-icra-edibler%2F&in_reply_to=1746901176681963863

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …