Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Qaxda odlu silah-sursat aşkarlanıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Boyukmillet.com-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Check Also

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin …