Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycan ABŞ şirkəti ilə dayanıqlı enerji resurslarından istifadəni müzakirə edib

Azərbaycan ABŞ-ın “Honeywell” şirkəti tərəfindən təqdim edilən innovativ həllərin ölkədə dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə “Honeywell” şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə görüşdük. Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1747860910176137430%7Ctwgr%5Ea772af9f9269993ebfc11cc43cfb37e8052ef154%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fenergetika%2Fazerbaycan-abs-sirketi-ile-dayaniqli-enerji-resurslarindan-istifadeni-muzakire-edib%2F&in_reply_to=1747860910176137430

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …