Cümə , 22 Noyabr 2024
Drone Cameras

MSK prezident seçkilərində “exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: “Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosial Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …